Azərbaycana payız bu tarixdə daxil olacaq

21.08.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bu il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 21 saat 45 dəqiqə 01 saniyə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью