Azərbaycana qanunsuz yolla 24 min siqaret keçirmək istədilər

13.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan iki yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 24000 ədəd siqaret aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu fakt Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının yük nəqliyyat vasitələrinə gömrük baxışı həyata keçirməsi nəticəsində ortaya çıxıb.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью