Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ

24.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda könüllülərdən ibarət "Yerkrapa" təşkilatının üzvü, İrəvan bölüyünün komandiri Hamlet Dadayan (ləqəbi Kolo) ölüb.
Modern.az xəbər verir ki, bu barədə "Yerkrapa"nın yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, Hamlet Dadayan Qarabağda aparılan demək olar ki, bütün döyüş əməliyyatlarında iştirak edib. Bildirilir ki, o, 2020-ci il 44 günlük müharibədən sonra da "Yerkrapa" batalyonunun tərkibində xidmətini davam etdirib və döyüş növbələrinə cəlb olunub.

Məlumata görə, ötən gecə Hamlet Dadayan ürəktutmasından idarə etdiyi avtomobilə nəzarəti itirib. Nəticədə avtomobil dərəyə aşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью