Azərbaycana qarşı kəşfiyyatpozuculuq fəaliyyəti ilə bağlı 7 nəfər müəyyən edilib, xaricdə döyüşmüş 5 nəfər tutulub

10.01.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.

Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilib. Terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью