Azərbaycana qarşı ŞOK torpaq İDDİASI 200 kv/km… KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında sərhədin delimitasiyası məsələsinə toxunaraq deyib ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv/km təşkil etməsi üçün əlindən gələni edir.
“Bizim 200 kv/km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”, – deyən Ermənistan XİN rəhbəri növbəti dəfə suyu bulandırmaq xəttinə sadiqlik nümayiş etdirib.
KONKRET.az xəbər verir ki, A.Mirzoyanın sözlərinə görə, Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri və Azərbaycanın nəzarəti altında olan Ermənistan əraziləri var idi.
Eyni zamanda o hesab edir ki, Azərbaycanla dinc münasibətlər qurmaq olar: “Beləliklə, biz deyə bilmərik ki, aramızda hər şey gözəl idi və indi biz təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalaya bilərik və s.
Bizim problemimiz var və biz bu problemi həll edirik”. Burada diqqəti çəkən məqam odur ki, erməni rəsmilər hələ də 200 kvadrat kilometr torp
Beləcə, delimitasiya adı altında Azərbaycandan 200 kvadrat kilometr ərazi qoparmaq istəyirlər.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının haradan davam edəcəyi ilə bağlı müzakirələr aparılır.
Tam oxu
Xəbəri oxu