Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Son aylarda Azərbaycana qarşı istər qardaş Türkiyədə, istər qonşu İranda, istərsə də Rusiyada, eyni zamanda Avropanın müxtəlif ölkələrində başlanan kampaniya eyni mərkəzdən idarə olunur. Azərbaycana yönəlik təxribatların konkret bir ölkə ilə bağlı olduğunu söyləmək doğru olmazdı. Sadəcə adlarını qeyd etdiyim ölkələrdəki bəzi dairələr Azərbaycana qarşı məkirli plan quran qlobal güclərin yerlərdəki oyunçularıdırlar".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O Bakıya qarşı qurulan məkirli planın səbəblərindən də danışıb:
"Azərbaycanın artan regional və qlobal gücü, dünyadakı mövqeyi ölkəmizə qarşı bir qayda olaraq düşmən mövqedə dayanan xarici dairələri rahatsız edir. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra həmin dairələrin narahatlığı özünü daha qabarıq şəkildə büruzə verir. Müharibədən sonra