Azərbaycana təyyarə ilə 38 ölkədən 3,5 milyon nəfər

09.01.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ölkə (8,5 %) və 801 min nəfər (32,1 %) çoxdur. Ötən il Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 967,1 min nəfər. Bu da əvvəlki ilə nisbətən 27,7 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 864 min 463 nəfər səyahət edib ki, bu da illik müqayisədə 19 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 458 min 333 sərnişinlə (+43,5 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan (228,7 min sərnişin, +29 %), Səudiyyə Ərəbistanı (115,6 min sərnişin, +7,5 %), Hindistan (109,6 min sərnişin,+3,4 dəfə) Qazaxıstan (108,9 min sərnişin, +27,9 %), İtaliya (61,8 min sərnişin, +79,5 %), Qətər 58,5 min sərnişin, +71,2 %) və Özbəkistan (56,5 min sərnişin, -15,6 %) qərarlaşıb.
İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (48,9 min sərnişin, +15,6 %) İsrail (47,5 min sərnişin, +23,1 %) TOP-10-dan çıxıb. Təkcə ötən ilin dekabr ayında isə Azərbaycana hava nəqliyyatı ilə 291,2 min sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayına nisbətən 22,9 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 74 min 909 sərnişin daşınıb ki, bu da illik müqayisədə 18,2 % çoxdur.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью