Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3,0 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Son 1 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiyaya (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.
10 ayda xarici ölkələrə gedən vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.