Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır

21.10.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Son günlər TikTok-da yayılan videolar sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Kadrlarda mağaza rəflərində ucuz qiymətə satışa çıxarılan ət məhsulları diqqət çəkir.

BAKU.WS-in məlumatına görə, Azərbaycana Monqolustandan gətirilən quzu ətləri artıq satışdadır. Bu ətlərin topdan qiyməti 13,50 manat, pərakəndə qiyməti isə 14 manat təşkil edir. Sosial şəbəkələrdə yayılan görüntülərdə məhsulların üzərində "Monqolustan istehsalı" yazısı da aydın görünür.

Bununla yanaşı, Ukraynadan idxal olunan mal ətinin qaraciyəri də bazarda yer alıb. Onun 1 kiloqramı 9,60 manata satılır. Dananın qol və bud hissələrinin qiyməti isə 11 manatdan 15,50 manata qədər dəyişir.

Satış mərkəzlərində yalnız qırmızı ət deyil, toyuq məhsulları da diqqət çəkir. Toyuğun bud hissəsi 3,30 manata təklif olunur ki, bu da hazırkı bazar qiymətləri ilə müqayisədə xeyli ucuzdur.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью