Azərbaycana xaricdən kərə yağı idxalı kəskin azalıb

20.04.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 36 milyon 169 min dollar dəyərində 5717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsini aylıq hesabatına istinadən xəbər verir.

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 53 milyon 721 min dollar dəyərində 7686 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.

Beləliklə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxal 2026-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 552 min dollar və ya 32,7%, miqdar ifadəsilə 1968 ton və ya 25,6% azalıb.

İş elanları AzVak.az-da

BİTKİ YAĞLARININ İDXALI ARTIB

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 44 milyon 98 min dollar dəyərində 28036 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2272 ton və ya 5,4% çoxdur. 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 41 milyon 826 min dollar dəyərində 26761 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunmuşdu. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью