Azərbaycana xaricdən uçuşların sayı 18 % artıb

07.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 41 ölkədən 24 498 aviareys təşkil olunub.

"Cebheinfo.az" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 3 771 aviareys (18,2 %) çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 7 157 reys. Bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.

Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 5 365 uçuş olub ki, bu da illik müqayisədə 3,7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 942 reyslə (+35,5 %) daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 1 846 reyslə (+ 23,3 %), Qazaxıstan 808 (+ 8,3 %), Səudiyyə Ərəbistanı 759 (- 11,1 %) , Hindistan 602 (+2,6 dəfə), Qətər 533 (+ 59,3 %), Özbəkistan 391 (- 28,7 %) və Küveyt 376 reyslə (+ 8,6 %) daxildir.

İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %) 12-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə noyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6,2 % artaraq 2 052 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 543 uçuş olub ki, bu da illik müqayisədə 7,9 % azdır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью