Azərbaycana xaricdən uçuşların sayı artıb

06.12.2024

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,5% daha çox (24 498) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 11 ay ərzində ölkəyə ən çox reys Rusiya (7 157) istiqamətindən olub.

İkinci yerdə Türkiyə (5 365), üçüncü yerdə isə 2 942 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 7 009, Türkiyədən 5 607, Birləşmiş Ərəb Əmirliklərindən isə 2 440 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью