Azərbaycana yük daşınması üçün tranzit yol hazırdır

14.11.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ermənistan artıq bu gün Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.

Bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz bunu təklif edirik, çünki artıq hazırdır”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью