AzərbaycanBƏƏ münasibətlərinin dayanıqlılığı başqa ölkələr üçün də müsbət örnək sayıla bil…
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir. Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsm
Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək hörmətlə qarşılanıb.
Tədbirdə iştirak edən türk dövlətlərinin liderləri arasında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev də vardı.
Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını bir araya gətirən Dayanıqlılıq Həftəsinin budəfəki sammitində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər, iş dünyasının təmsilçiləri iştirak edirdi.Azərbaycan bu platformanın roluna və səmərəliliyinə xüsusi önəm verir.
Çünki 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından həqiqətən də önəmli müzakirələrin aparıldığı mötəbər beynəlxalq platformaya çevrilib.
Dayanıqlılıq Həftəsinin prioritet istiqamətləri qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərinin tətbiqidir.
Göründüyü kimi bu istiqamətlərin hər biri iştirakçı ölkələr üçün, o cümlədən Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu