AzərbaycanBMT əməkdaşlıq gündəliyi müzakirə olundu FOTO

15.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreira da Silva ilə danışıqlar aparıb. 
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edib. 
Söhbət zamanı Azərbaycan-BMT əməkdaşlıq gündəliyi, o cümlədən Azərbaycanın COP29-da sədrliyi ilə bağlı məsələlər müzakirə olunub. 
“Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizə səylərinə diqqət yetiriblər”, - paylaşımda qeyd edilib. 



Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью