Azərbaycanda 1 ay ərzində işləyənlərin sayı bu qədər azalıb

17.03.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda 1 ay ərzində işləyənlərin sayı 21 min nəfər azalıb. Bu il fevralın 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub.

Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb.

 Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:

“Özəl sektorda müqavilələrin sayında azalma daha çox – 18 min 200 nəfər olub. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib”.

 Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью