Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.
QOL.az-ın futbolinfo.az saytına istinən yaydığı məlumata görə, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər. Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.
Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.
Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.