Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Azərbaycanda 1 yaşadək dünyasını dəyişən uşaqların sayı açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il Azərbaycanda 1 yaşadək 2 039 uşaq dünyasını dəyişib.
Əvvəlki illə müqayisədə 1 yaşadək dünyasını dəyişən uşaqların sayı 2 dəfədən çox artıb. Belə ki, 2022-ci ildə 1 yaşadək 959 uşaq ölüb.
Dünyasını dəyişən uşaqların 530-u paytaxt Bakının payına düşüb.
Bakıda hər 1 000 diri doğulana düşən 1 yaşadək ölən uşaqların sayı 23,4 olub.
Azərbaycanda 1 yaşadək dünyasını dəyişən uşaqların sayı ən çox Lənkəran rayonunda qeydə alınıb.
Lənkəran rayonunda hər 1 000 diri doğulana düşən 1 yaşadək ölən uşaqların sayı 38,4 olub.
1 yaşadək dünyasını dəyişən uşaqların sayının ən az olduğu rayon isə Xocavənd rayonudur.