Azərbaycanda 10 ayda 17 min 907 boşanma olub

17.12.2024

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvar-oktyabr aylarında 42 mindən çox cütlük nikaha daxil olub

Bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikaha daxilolma və 17 min 907 boşanma halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью