Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi GÖZLƏNİLİR | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi üzərində iş gedir.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.
"Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək", - açıq
Modern.az xatərladır ki, ölkə qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur.
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.
Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir.
2024-cü il 1 yanvar tarixinə olan rəsmi məlumata görə, beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Hesablamalara görə, müvafiq dəyişiklik ediləcəyi təqdirdə ölkəmizdə 100 mindən artıq ailə bu sosial müavinət hüququndan yararlana biləcək.
Tam oxu
Xəbəri oxu