Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Bu gün Azərbaycanda yaşı 100-ə çatan pensiyaçılara birdəfəlik mükafat və ya müəyyən məbləğdə pul ödənişlərin verilməsinə dair sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bəs bu məlumat nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumatı təkzib edib.
Onun sözlərinə görə, belə bir ödəniş növü mövcud deyil:
“Məlumat həqiqəti əks etdirmir, belə bir ödəniş növü yoxdur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin