Azərbaycanda 11 ayda orta illik inflyasiya AÇIQLANDI

11.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью