Azərbaycanda 113 minədək uşaq 1 ci sinfdə oxuyacaq

14.06.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.

Elm Təhsil Nazirliyindən Sherg.az-a bildirilib ki, bu günədək 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Proses sentyabrın 12-inə qədər davam edəcək.

"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə nazirilyin məlumatında qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью