Azərbaycanda 119 nəfər saxlanıldı 94 ü borclu şəxslərdir

29.10.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 28-də Azərbaycanda polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində axtarışda olan 119 nəfər saxlanılıb. Onlardan 94-ü borclu şəxs qismində axtarışda olanlardır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib.

Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən edilib.

Bundan başqa, ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzPost.az

Post navigation

Previous: Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

Next: Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью