Icma.az, Manset portalına istinadən məlumat verir. Azərbaycanda 14 yaşlı qız ikinci dəfə hamilə qalıb.
Manset.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı səhifəsi sosial şəbəkələrdə məlumat paylaşıb.
Paylaşımda deyilir ki, adı çəkilməyən rayon kəndlərindən birində 12 yaşı tamam olmamış qızı anasının razılığı ilə xalası oğluna ərə verilir.
Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır: "Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.
Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır.
Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir.
Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır.
Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir. 14 yaşında artıq ikinci dəfə ana olur.