Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Statistika Komitəsi 2025-ci ildə Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.
ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olmuşdur.