Azərbaycanda 13 ü azyaşlı olmaqla 39 nəfər xilas edilib

19.05.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью