Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü KONKRET

26.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda körpənin ölümü ilə bağlı hadisə baş verib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabirabad Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini, 1997-ci il təvəllüdlü N.Hüseynovanın 14 günlük oğlan övladı xəstəxanada dünyasını dəyişib.

Məlumata əsasən, körpə noyabrın 12-də Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə, hamiləliyin 6-cı ayında dünyaya gəlib. Doğuşdan üç gün sonra vəziyyəti ilə əlaqədar Sabirabad Regional Perinatal Mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью