Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması üçün 2027–2030-cu illərdə azı 16 beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış idman tədbirlərinin təşkili üzrə fəaliyyət planı hazırlanacaq. Yarışların regionlara turist axınının artırılmasına və Azərbaycanın dağ turizm mərkəzlərinin beynəlxalq bazarlarda tanıdılmasına xidmət etməsi gözlənilir.
Qış turizmi ilə bağlı reklam və tanıtım məzmununun il ərzində 100 milyon nəfərlik hədəf auditoriyaya çatdırılması planlaşdırılır.
“Shahdag Hotel & SPA”da yenidənqurma və əsaslı təmir işlərinin aparılması da Dövlət Proqramına daxil edilib. Qış turizmi infrastrukturu, o cümlədən kanat yolları və xizək eniş zolaqları inkişaf etdiriləcək.
Qış turizmi üzrə kadrların hazırlanması və peşə bacarıqlarının gücləndirilməsi üçün də ayrıca tədbirlər həyata keçiriləcək.