Azərbaycanda 1,6 milyon klon IMEI bloklanıb

09.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 1 milyon 631 min 495 klon IMEI-yə qoşulma cəhdi bloklanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu AzInTelecom tərəfindən media nümayəndələri üçün təşkil edilən təlim xarakterli praktiki görüşdə AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli deyib.

Onun sözlərinə görə, saxta IMEI kodlarının istifadəsinə qarşı sistemli mübarizə aparılır.

Təqdimat zamanı bildirilib ki, indiyədək 79 183 IMEI koduna “klon” statusu verilib. Həmçinin cihaz qeydiyyatı üçün 30 günlük müddət müəyyən edilib.

Qeyd olunub ki, IMEI klonlaşdırılması zamanı eyni IMEI kodunun bir neçə cihazda istifadəsi mobil cihazların identifikasiyası və abonent hüquqlarının qorunması baxımından problemlər yarada bilər.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью