Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin öhdəlikləri 2,2 milyard manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (11 milyard 422,2 milyon manat), “Kapital Bank” (10 milyard 142,6 milyon manat), “PAŞA Bank” (8 milyard 489,5 milyon manat), “Xalq Bank” (2 milyard 642 milyon manat) və “Bank Respublika”dır (2 milyard 476,3 milyon manat).

Qalan 17 bankdan 6-da öhdəliklər 1,2 - 2,2 milyard manat arasında, 11 bankda isə 0 - 1 milyard manat arasında olub.
Son 1 ildə 22 bankdan 5-nin öhdəlikləri azalıb. Ən çox azalma “Bank VTB Azərbaycan”da (9,2%), ən az azalma isə ABB-də (1,4%) qeydə alınıb.
17 bankın isə öhdəlikləri artıb. Bu baxımdan ən yüksək dinamika “AFB Bank”da (58,4%), ən aşağı dinamika isə “Xalq Bank”da (3,3%) qeydə alınıb.
Öhdəliklərin məbləğinə görə, bankların renkinqi (31.012.2025)

© Yurd.Media