Azərbaycanda 18 yaşlı ana doğuş zamanı körpəsini itirdi

10.12.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gədəbəydə doğuş zamanı körpə ölümü qeydə alınıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 6 radələrində baş verib.

Belə ki, Zəhmətkənd kənd sakini, 2006-cı il təvəllüdlü Nuranə Hafiz qızı Nağıyeva 24 həftəlik hamiləliklə bağlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğuş zamanı körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью