Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yevlax rayonunda 2006-cı il təvəllüdlü Asif yeniyetməlik dövrünə çatmayan sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib) qarşı seksual hərəkətlər edib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Mingəçevir şəhər sakini Asif əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan 2011-ci il təvəllüdlü Aydanın 14 yaşına çatmadığını bilib və onunla ər-arvad münasibətinə girərək birlikdə yaşamaq barədə razılığa gəlib.
Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilə bilməyən gündə zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə gedib.
O, orada qızla birlikdə yaşadıqları müddətdə ilk dəfə oktyabrın 20-də həmin evin yataq otağında könüllü razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bundan başqa, o, Aydanla oktyabrın sonlarında cinsi əlaqədə olub, onun qızlıq bəkarətinin tamlığını pozub.
Təqsirləndirilən şəxs oktyabr-dekabr aylarının müxtəlif günlərində yeniyetməlik dövrünə çatmayan qızla dəfələrlə cinsi münasibətdə olub.
İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.