Azərbaycanda 2 ayda 5 min nikah, 3 mindən çox boşanma qeydə alınıb

14.04.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınıb.

Bu barədə Modern.az Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrinə istinadən xəbər verir.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью