Azərbaycanda 2 yeni qanun HAZIRLANACAQ

10.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda heyvan və bitki sağlamlığı sahəsində iki yeni qanunun hazırlanması nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində “Bitki sağlamlığı haqqında”“Heyvan sağlamlığı haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, yeni qanunvericilik aktlarının hazırlanması bu sahələrdə mövcud hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasına, bitki və heyvan sağlamlığının qorunması ilə bağlı münasibətlərin daha sistemli şəkildə tənzimlənməsinə xidmət edəcək.

Dövlət Proqramının icrası çərçivəsində həmçinin qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı ilə bağlı digər normativ-hüquqi aktların təkmilləşdirilməsi də nəzərdə tutulur.

Beləliklə, 2027–2032-ci illərdə qida təhlükəsizliyi sahəsində yalnız nəzarət və infrastrukturun gücləndirilməsi deyil, həm də bitki və heyvan sağlamlığı üzrə ayrıca qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq.

Redaktor.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью