Azərbaycanda 200 ə yaxın idmançının tarixindən bəhs edən kitab təqdim olunacaq

21.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 3-də professor Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyasının təqdimatının keçirilməsi planlaşdırılır.

İdman.Biz olimpnews.az-a istinadən xəbər verir ki, tədqiqat əsərində Qərbi Azərbaycanın idman tarixi, bu bölgədən olan idmançıların həyat yolu və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər əksini tapıb.

Təxminən 200 səhifədən ibarət nəşrdə 200-ə yaxın idmançı haqqında məlumat toplanıb. Onların Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, eləcə də digər beynəlxalq yarışlarda əldə etdikləri uğurlara xüsusi yer ayrılıb.

Monoqrafiya səkkiz fəsil və 37 yarımfəsildən ibarətdir. Kitabın hazırlanmasında 206 mənbədən istifadə olunub. Nəşrdə rus və ingilis dillərində xülasələr də yer alıb.

Əsərin müəllifi pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev Azərbaycan idmanının tarixinə dair çoxsaylı elmi və publisistik əsərlərin müəllifidir.

2025-ci ilin dekabrında işıq üzü görmüş monoqrafiyanın əsas məqsədi Qərbi Azərbaycandan olan idmançıların irsini qorumaq, onların nailiyyətlərini gələcək nəsillərə çatdırmaqdır.

Kitabın təqdimatının noyabrın 3-də keçirilməsi nəzərdə tutulur.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью