Azərbaycanda 200 kq dan çox qızıl istehsal edilib

20.02.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar ayında Azərbaycanda 207.8 kq qızıl, 329.8 kq isə gümüş istehsal edilib.

 Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2%, gümüş istehsalı isə 12% azalıb.

Qeyd edək ki, 2026-cı il fevral ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 103.6 kq və 550.4 kq təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 2965.1 kq qızıl, 3646 kq isə gümüş istehsal edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью