Azərbaycanda 2024 cü ildə 21 mindən çox ailə DAĞILIB

17.02.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2024-cü il ərzində  49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb, 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью