Azərbaycanda 2024 ün 11 ayında 94 min körpə doğulub

17.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub. Körpələrdən 3090-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью