Azərbaycanda 21 yaşlı futbolçunun qolu sınıb Stadionda qorxulu anlar İdman və Biz

18.12.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycanın 2-ci Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyununda qorxulu anlar yaşanıb.

İdman.biz Mediasport.az-a istinadən xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirlən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ümid Nağdalıyevin qolu sınıb.

Hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.

Qeyd edək ki, görüşdə "Şəmkir" 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью