Azərbaycanda 22 yaşlı qadın 1 aydır itkin düşüb

20.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aya yaxındır ki, itkin düşüb. 

2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-də səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib və bir daha geri qayıtmayıb.  

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, 2 yaşlı körpə uşağa atası baxır. Uşaq günlərdir ağlayır və hər kəs pərişan haldadır. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qadını tapan şəxsə Pul Mükafatı veriləcəyini bildirmək istəyirik.

İtkin düşən şəxsi görənlərdən  

070 431 33 39 nömrəsi ilə əlaqə saxlanılmasını vəya polisə məlumat vermələri xahiş edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью