Azərbaycanda 27 mindən çox dövlət qulluqçusu var Yeni rəqəmlər

22.06.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabah ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı gününüdür.

Modern.az xəbər verir ki, rəsmi statistikaya əsasən, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 31,4 faizini qadınlar təşkil edib.

Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali 3-cü təsnifatına, 3,9 faizi 4-cü, 12,4 faizi 5-ci, 8,7 faizi 6-cı, 44,2 faizi 7-ci təsnifata aid olub. Qulluqçuların 23,2 faizi isə yardımçı vəzifələrdə çalışıb.

Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.

Yaş bölgüsünə əsasən, dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25-29 yaş, 18 faizi 30-34 yaş, 16,7 faizi 35-39 yaş, 13,3 faizi 40-44 yaş, 10,5 faizi 45-49 yaş, 8,1 faizi 50-54 yaş, 7,5 faizi 55-59 yaş, 9,2 faizi 60-64 yaş, 2,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna daxildir.

Məlumata görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2059 manata yüksəlib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью