Azərbaycanda 280,7 min nəfər işsiz şəxs var

22.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ilin noyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,7 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 10 ayı ərzində ölkədə işsizlərin sayı təxminən 1,6 min nəfər artıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 449,4 min nəfər olub, onların 5 milyon 168,7 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2026-cı ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 253,8 min nəfər olub və onların 53,6%-ini qadınlar təşkil edib.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью