Azərbaycanda 29 yaşdan sonra ana olan qadınların sayı sürətlə artır

29.08.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ötən il Azərbaycanda 102 min 310 uşaq doğulub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu uşaqların 29%-i və ya 29 min 672-si 29 yaşından yuxarı qadınlar tərəfindən doğulub.
Qeyd edək ki, 29 yaşından yuxarı qadınlar tərəfindən doğulan uşaqların sayı son illər sürətlə artır. Belə ki, 15 il əvvəl – 2010-cu ildə doğulan uşaqların 16,7%-i 29 yaşından yuxarı qadınlar tərəfindən dünyaya gətirilib. Bu göstərici 2015-ci ildə 18,2%, 2020-ci ildə isə 23,8% olub.
Müqayisə üçün onu da bildirək ki, ötən il doğulan uşaqların 9,8%-nin anası 15-19 yaşında, 32,4%-nin anası 20-24 yaşında, 28,8%-nin anası isə 25-29 yaşında olub.
10 il əvvəl – 2010-cu ildə doğulan uşaqların 12,7%-nin anası 15-19 yaşında, 42,6%-nin anası 20-24 yaşında, 28%-nin anası isə 25-29 yaşında olub.
Onu da qeyd edək ki, şəhər yerlərində bu göstərici daha böyük olub. Belə ki, 2010-cu ildə şəhərlərdə doğulan uşaqların 19,3%-nin anasının yaşı 29-dan yuxarı olubsa, 2024-cü ildə doğulan uşaqların 35,6%-nin anasının yaşı 29-dan yuxarı olub.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью