Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ TARİXLƏR AÇIQLANDI

03.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin geridə qalan iş günlərini təqdim edirik.

"Yeni Sabah" xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.

Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Dördpendirli pizza

Noyabr ayında isə daha uzun istirahət günləri olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və hər iki tarix iş günü hesab edilmir. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 istirahət günü nəzərdə tutulur. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix iş günü hesab edilmir.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında müəyyənləşdirilib./Ajans.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью