Azərbaycanda 3 şirkət bağlanır

25.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda fəaliyyət göstərən üç məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv olunduğunu rəsmən elan edib.

“Yeni Sabah” xəbər verir ki, ləğvetmə prosesinə başlayan şirkətlər “Qalf Akses” MMC (VÖEN: 1000916731), “Hezz” MMC (VÖEN: 1301236301) və “Nevado Travel” MMC-dir (VÖEN: 1302225501).

Elanlara əsasən, “Qalf Akses” MMC-nin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 31, mənzil 32 (indeks: 1102) ünvanına bildirə bilərlər. Onlayn mağaza

“Hezz” və “Nevado Travel” MMC-lərin kreditorları isə tələblərini eyni müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 27, mənzil 1 (indeks: 1100) ünvanına təqdim edə bilərlər.

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью