Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Azərbaycanın müstəqilliyi dövründə doğulmuş vətəndaşların sayı artıq SSRİ dövründə doğulmuş vətəndaşların sayını ötüb".
Ölkə.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, belə ki, 2024-cü ilin sonuna ölkə əhalisinin təxminən 51%-i və ya 5,2 milyon nəfəri 1991-ci ildən sonra doğulub və onların yaşı hazrda 34-dək olan dövrü əhatə edir:
"Halbuki 4 il öncə mənzərə fərqli idi. Beləliklə, müstəqil Azərbaycanda doğulmuş şəxslərin müstəqil olmayan Azərbaycanda doğulmuşları üstələməsi üçün təxminən 33.5 il zaman tələb olundu".
Həmidə İbrahimova