Azərbaycanda 33 yaşlı qadın itkin düşdü FOTO

30.11.2024

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyidir. O, evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

İtkin barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью