Azərbaycanda 35 turdan sonra sülhsevərlik İdman və Biz

11.11.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turu sülhsevərliyi ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, beş oyundan üçündə heç-heçə qeydə alınıb.

“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью