Azərbaycanda 35 yaşlı kişi öldürüldü KONKRET

30.11.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bu gün Cəlilabad rayonunda qətl törədilib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat edib.

Onun yaxınları 35 yaşlı şəxsin özünün özünə xəsarət yetirdiyini bildiriblər.

Lakin polisin keçirdiyi tədbirlərlə V.Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью